Pakistanda İran yönümlü qruplaşmanın komandiri saxlanılıb.
Rednews.az-ın məlumatına görə, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, Pakistanın Sind əyalətində İran yönümlü Zeynəbiyyun adlı qruplaşmanın “açar” komandiri Məhəmməd Mehdini saxlayıblar.
O, “qonşu ölkələr” üçün kəşfiyyat məlumatı topladığını etiraf edib.