“ABŞ İran gərginliyi hazırda ən pik həddindədir. Əgər tərəflərdən biri öz strateji maraqları baxımından geri addım atmasa, regionda növbəti müharibə qaçılmaz olacaq”.Bunu
Rednews.az-a açıqlamasında politoloq, keçmiş millət vəkili
Sona Əliyeva deyib.
Keçmiş millət vəkilinin sözlərinə görə, indiki durumda geri addım atacaq tərəf yalnız İran ola bilər:
“İran arada nəbz yoxlaması ilə diqqət mərkəzinə düşür. Qonşularına və rəqiblərinə qarşı güc hədə-qorxusu gəlməyə çalışır. Azərbaycanla, Əfqanıstanla, hətta Pakistanla güc dilində çalışmağa cəhd göstərdi. Azərbaycandan fərqli olaraq, digər region ölkələri ilə gərginlik qanlı nəticələrə gətirib çıxardı. Ona görə də Tehran artıq fiziki güc tətbiqindən yayınmağa çalışır. Soyuq suyu da üfürə-üfürə içməyə çalışan İran diplomatiyası ABŞ-la gərginlikdən də yayınmaq istəyəcək. Amma Birləşmiş Ştatlar istədiyini əldə etməyə, o zaman ən yaxşı halda proksi müharibələrin yeni dalğası başlayacaq. Ən pis halda, koalisiya qüvvələri İranda İraq ssenarisini təkrarlayacaq. Fikrimcə, İran yenə də geri addım atacaq və öz xalqına bunu “qəhrəmanlıq” kimi təqdim etməyə çalışacaq”.
Tural Turan