"İranın rəsmi bəyanatı belə idi ki, guya həmin ölkələrdə yerləşən ABŞ və İsrailə məxsus hərbi obyektləri vurmuşdur. Ancaq, nədənsə, ABŞ rəsmiləri bunu təkzib etdilər və şəxsi heyətdən xəsarət alanların olmadığı bildirildi. Fakt odur ki, İran, İraqın şimalında yerləşən “Kürdüstan” muxtar vilayətinin mərkəzi Ərbil şəhərinə zərbə endirmişdir. Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonra, İraq rəhbərlərinin hər biri İran rejimi ilə dostluq münasibətləri olmuşdur. Kürdüstan muxtariyyəti istisna olmaqla, demək olar ki, İran siyasi, iqtisadi, ideoloji baxımdan İraq cəmiyyətinə sirayət etmişdir".Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, hər kəsə bəllidir ki, İran molla rejimi Yaxın Şərq regionunda Türkiyəni özünə ən ciddi rəqib olaraq görür:
"Kürdüstan muxtariyyətinin qurucuları və rəhbərləri isə, İrandan fərqli olaraq, Türkiyə ilə dostluq münasibətlərindədir. Düşünürəm ki, ABŞ və İsrail hərbi obyektləri bəhanədir. Hədəf Kürdüstan muxtariyyətidir. İranın Pakistanı ballustik raketlərlə atəşə tutması isə, ümumiyyətlə normal məntiqə slğmır. İndiyə qədər, hamı düşünürdü ki, İranı müharibəyə sürükləyirlər. Amma, kənardan baxanda elə təəssürat yaranır ki, bu ölkə “dərin dövlət” səviyyəsində verilmiş konkret tapşırıqları icra etməklə məşğuldur. Hadisələrin xronologiyasına, konkret olaraq Yəməndə, Livanda, Suriyada, İraqda, Əfqanıstanda, Qəzzada baş verənlərə diqqət etdikdə, İran molla rejiminin islam coğrafiyasındakı rolu aydın görünür. Pakistan ciddi dövlətdir. Şübhəsiz cavab verəcək. Hansı formada. O asılıdı, Çinin barışıq səylərinin nəticəsindən. Çinin həm İran, həm də Pakistanla münasibətləri yaxşı olduğuna görə, barışıq missiyasını üzərinə götürüb. Danışıqlar müsbət nəticə verməsə, iki ölkə arasında gərginlik daha da artacaq. Ümumiyyətlə, demək olar ki, dünya addım-addım yeni qlobal müharibəyə doğru gedir. Böyük güclərin, proksi güvvələr vasitəsilə tökdüyü qanların qarşısı alınmazsa, 3-cü Dünya müharibəsi qaçılmazdır".
Turan